Avtosfer.az saytının 3 yaşı tamam olur

Avtosfer.az saytının 3 yaşı tamam olur Saytın əsas məqsədi yol hərəkəti iştirakçılarını maarifləndirməkdir
Media
12 Aprel , 2017 18:00
Avtosfer.az saytının 3 yaşı tamam olur

Bakı. 12 aprel. REPORT.AZ/ Bu gün Avtosfer.az saytının yaranma günüdür.

“Report”un xəbərinə görə, yol-nəqliyyat hərəkəti ilə bağlı xəbərlərin yayılması üzrə ixtisaslaşmış portalın 3 yaşı tamam olur.

Qeyd edək ki, sayt Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İB tərəfindən həyata keçirilən “Peşəkar sürücü; hüquq və vəzifələr” adlı layihə çərçivəsində yaradılıb. Saytın əsas məqsədi yol hərəkəti iştirakçılarını maarifləndirməkdir. Burada oxucuların da fikirlərini öyrənib onları maraqlandıran suallara cavab verilir.

Saytda bütün suallar Avtosfer.az-in baş redaktoru Elməddin Muradlı, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı və Bakı şəhər DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov tərəfindən cavablandırılır. 

Son xəbərlər

Orphus sistemi