Bakı. 14 noyabr. REPORT.AZ/ Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin Siyasət şöbəsinin rəhbəri Denis Daniilidis "Report" İnformasiya Agentliyinin ofisində olub.
"Report" xəbər verir ki, əvvəlcə D.Daniilidis agentliyin fəaliyyəti və kollektivi ilə tanış olub.
Daha sonra onun agentliyin baş redaktoru Murad Əliyevlə görüşü keçirilib. Görüşdə baş redaktor qonağa agentlik barədə ətraflı məlumat verib. Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlığın əhəmiyyətini qeyd edən M.Əliyev Aİ ölkələrində baş verən hadisələrin, o cümlədən bu strukturun nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda təşkil edilən tədbirlərin işıqlandırılmasına hazır olduqlarını bildirib.
Öz növbəsində, D.Daniilidis Aİ nümayəndəliyinin Azərbaycan KİV-i ilə əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.