Medianın İnkişafı Agentliyi və Audiovizual Şura aprelin 5-də elan olunmuş dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələrini açıqlayıb.
"Report" xəbər verir ki, müsabiqədə elmi-kütləvi, mədəni-maarif, təhsil mövzusu üzrə ARB və ARB 24, elm və mədəniyyət mövzusu üzrə ATV, milli adət-ənənələr və ailə dəyərləri mövzusu üzrə AzTV və Real TV qalib olub.
Həmçinin gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə Xəzər TV, uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusu üzrə Space TV və Xəzər TV, Azərbaycanın dövlətçilik tarixi mövzusu üzrə İTV, ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə isə Real TV və Space TV televiziya kanalları proqram kateqoriyasında qalib olub.
Qeyd edilib ki, sosial videoçarx kateqoriyasında isə azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın təbliği mövzusu üzrə ARB 24, uşaq və gənclərin fiziki və mənəvi inkişafı və gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə ATV, ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə ARB24, ATV və AzTV televiziya kanalları uğur qazanıb.