“Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib

“Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib “Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib.
Media
30 May , 2023 12:49
“Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib

“Audiovizual mediada uşaq hüquqlarının qorunması” mövzusunda dəyirmi masa keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov, Şuranın nümayəndəsi Ayxan Sadıqlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Sevil Rəsulzadə, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Səbinə Seyidova və ictimaiyyət nümayəndələri iştirak edib.

Dəyirmi masada çıxış edən F.Novruzov təəssüflə bildirib ki, son illər media müxtəlifliyi, istehsalı və yayımı uşaq hüquqlarının qorunmasını daha da aktual edir.

Onun sözlərinə görə, çoxsaylı informasiya resuslarında uşaqların əqli, fiziki və mənəvi inkşafına zərər verəcək məhsullara rast gəlinir: "Uşaqları belə məhsullardan qorumaq valideynlərin və hüquqi təmsilçilərin üzərinə düşsə də, bu məqamda dövlətin də xüsusi vəzifələri mövcuddur. Ölkədə beynəlxalq təcrübə və qanunlar çərçivəsində uşaq hüquqlarının qorunması üçün tədbirlər keçirilir. Burada məqsəd bu sahədə olan mövcud problemlərin həlli yollarının tapılmasıdır".

Daha sonra Şuranın əməkdaşı Ayxan Sadıqlı təqdimatla çıxış edib və vurğulayıb ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk qoşulduğu beynəlxalq sənədlər arasında uşaqlarla bağlı olanlar xüsusi önəm kəsb edir:

"Ulu Öndər Heydər Əliyev Azərbaycanda uşaqlarla bağlı siyasəti yeni mərhələyə qaldırmışdır. 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Həmin Qanunun 3-cü maddəsində uşaqlar barədə dövlət siyasəti məsələləri öz əksini tapıb".

A.Sadıqlı qeyd edib ki, eləcə də “Media haqqında” Qanunun qəbulundan sonra media, o cümlədən onun bir hissəsi olan audiovizual media yeni mərhələyə qədəm qoyub: "Qanunun bir sıra müddəaları sırf uşaq hüquqlarının müdafiəsinə yönəlib. Məsələn, Qanunun 4.1.3-cü maddəsində dövlətin media sahəsində vəzifəsi kimi istifadəçiləri, xüsusilə də uşaqları zərərli informasiyanın təsirindən qorumaq təsbit olunub. Ümumiyyətlə, bu gün hər bir uşaq öz üzərində dövlət qayğısını hiss edir. Bununla yanaşı uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvü bütün gücünü səfərbər etməlidir".

Daha sonra tədbir sual-cavab sessiyası ilə davam edib.

Son xəbərlər

Orphus sistemi