ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb

ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb Aprelin 26-da Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro şəhid jurnalistlərin yaxınları ilə görüşüb.
Media
27 Aprel , 2022 11:46
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb

Aprelin 26-da Bakıda səfərdə olan ATƏT-in media azadlığı üzrə nümayəndəsi Tereza Ribeyro şəhid jurnalistlərin yaxınları ilə görüşüb.

"Report" xəbər verir ki, görüşdə şəhid jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun qardaşları Əsgər İbrahimov, Şirzad Abışov, Milli Qəhrəman, jurnalist Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov iştirak ediblər.

Medianın İnkişafı Agentliyinin (MEDİA) Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli görüş iştirakçılarını xanım T.Ribeyroya təqdim edərək deyib: “Çox maraqlıdır ki, şəhid jurnalistlərin bu görüşdə iştirak edən yaxınları da məhz bu peşənin sahibləridir və onların şərəfli yolunu davam etdirirlər”.

“Dezinformasiyanın artması və onun media sahəsinə təsiri mövzusunda” ADA Universitetində keçirilən “dəyirmi masa” çərçivəsində baş tutan bu görüşdə “Report” İnformasiya Agentliyinin redaktoru Ə.İbrahimov Azərbaycanda söz və mətbuat azadlığından, media sahəsində qəbul olunun yeni qanunun əhəmiyyətindən söz açıb.

O, bir neçə azərbaycanlı jurnalistin erməni terrorunun qurbanı olduğunu xatırladaraq bu faktların dünya ictimaiyyətində Ermənistanın terrorçu dövlət olduğunu, onların dinc sakinləri, o cümlədən qələm sahiblərini həmişə hədəf seçdiklərini bildirib.

Xanım Tereza Ribeyro bu görüşün onda maraqlı təəssürat yaratdığını bildirib, münaqişə və müharibələr zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərin hər zaman təhlükə ilə üzləşdiklərini vurğulayıb.

ATƏT-in nümayəndəsi bu gün keçiriləcək “dəyirmi masa”nın media nümayəndələri üçün faydalı olacağını söyləyib: “Burada bizi və Azərbaycan mediasını maraqlandıran suallar müzakirə ediləcək. Ümidvaram ki, müzakirələr pozitiv olacaq”.

Son xəbərlər

Orphus sistemi