"Araz" radiosu 11 yaşını qeyd edir

Media
  • 04 aprel, 2022
  • 11:36
Araz radiosu 11 yaşını qeyd edir

Bu gün "Araz" radiosu ("103.3 FM") 11 yaşını qeyd edir.

“Report” xəbər verir ki, Xəzər Media Mərkəzinə daxil olan bu radiostansiya bütün bölgələrdə yayımlanır.

Radio 11 il ərzində ən son siyasi, iqtisadi, sosial, idman və mədəniyyət xəbərləri ilə dinləyiciləri ətraflı və obyektiv şəkildə məlumatlandırmaqla yanaşı, maarifçilik, elmi-kütləvi, əyləndirici funksiyalara köklənən layihələrlə də dinləyicilərin zövqünü oxşayıb.

Qeyd edək ki, "Araz" FM 2011-ci il aprelin 4-də təsis olunub.

Report İnformasiya Agentliyi "Araz" radiosunun kollektivini təbrik edir və onlara fəaliyyətlərində uğurlar arzulayır.

"Araz" radiosu 11 yaşını qeyd edir