AMADA jurnalistlər arasında müsabiqə elan edib

AMADA jurnalistlər arasında müsabiqə elan edib Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 10 Aprel - Ədalətli İdman Gününə (Play True Day) həsr olunmuş müsabiqə elan edib.
Media
5 Aprel , 2018 19:30
AMADA jurnalistlər arasında müsabiqə elan edib

Bakı. 5 aprel. REPORT.AZ/ Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 10 Aprel - Ədalətli İdman Gününə (Play True Day) həsr olunmuş müsabiqə elan edib. 

 AMADA-dan "Report"a verilən məlumata görə, müsabiqə 2 kateqoriya üzrə keçiriləcək:

1. Jurnalistlər üçün esse;

2. Şəkil – komiks, rəsm əsəri, qrafik dizayn, karikatura, illüstrasiya.

Aprelin 10-da hər kateqoriya üzrə 3 qalib elan ediləcək, pul mükafatı və dəyərli hədiyyələr veriləcək.

Birinci yerlər - 250 AZN, 

İkinci yerlər – 150 AZN, 

Üçüncü yerlər – 100 AZN 

Müsabiqənin şərtləri:

- Təqdim olunan yaradıcılıq nümunəsi bilavasitə iştirakçı tərəfindən tərtib olunmalıdır;

- Təqdim olunan yaradıcılıq nümunəsində heç bir ad, işarə, imza, tarix olmamalıdır;

- Hər bir iştirakçı müsabiqəyə yalnız 1 kateqoriya üzrə qatıla bilər;

- Müsabiqəyə göndərilən yaradıcılıq nümunəsi daha əvvəl heç bir qəzet, jurnal, internet saytlarında, sosial şəbəkələrdə və müsabiqələrdə paylaşılmamalıdır;

- İctimai, mənəvi və etik normaları pozan nümunələr müsabiqəyə qəbul edilməyəcəkdir;

- İnternetdən başqalarına məxsus nümunələrin mənimsənilməsinə icazə verilmir;

- Müəlliflər nümunəni ad, soyad, ata adı, yaş və əlaqə məlumatları (adres və telefon) və mövzu yerinə “PLAY TRUE DAY” qeyd edilməklə [email protected] mail adresinə göndərilməlidir.

- Nümunələrin son göndərilmə tarixi aprelin 8-də saat 22:00-dəkdir.

Son xəbərlər

Orphus sistemi