Ali Məhkəmə “Meydan TV”nin şikayəti ilə bağlı qərar çıxarıb

Ali Məhkəmə “Meydan TV”nin şikayəti ilə bağlı qərar çıxarıb Ali Məhkəmədə “Meydan TV”nin saytının bloklanması ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Media
169
26 Sentyabr , 2019 13:01
Ali Məhkəmə “Meydan TV”nin şikayəti ilə bağlı qərar çıxarıb

Ali Məhkəmədə “Meydan TV”nin saytının bloklanması ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Bu barədə "Report"a vəkil Elçin Sadıqov məlumat verib.

O deyib ki, Ali Məhkəmə kassasiya şikayətini təmin edib, işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq" qəzetinin "Azadlıq.info", "Azadlıq" radiosunun "Azadlıq.org", "Azərbaycansaatı.com", "Meydan.tv" saytlarını və "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə saytların bloklanması ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb.

Son xəbərlər

Orphus sistemi