Bakı. 3 may. REPORT.AZ/ Mərkəzi Qətərdə yerləşən “Al Jazeera Media Network” türk dilində yayımlanan internet saytını bağlamaq haqqında qərar qəbul edib.
“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, sayt mayın 3-dən Türkiyədəki fəaliyyətinə son qoyub.
Qurumun yaydığı açıqlamada bildirilib: “Al Jazeera” “Türk Digital”da fəaliyyətini davam etdirməyəcək. Ancaq “Al Jazeera Media Network” bölgədəki aktual xəbərləri və görüşləri yayacaq. Türkiyə və onun gələcəyi ilə bağlı xəbərlər verməyi davam etdirəcəyik”.