Azərbaycan dilinin tətbiqi səviyyəsi 7 qəzetdə monitorinq edilib, 2 500 səhv tapılıb

Azərbaycan dilinin tətbiqi səviyyəsi 7 qəzetdə monitorinq edilib, 2 500 səhv tapılıb 7 qəzetdə Azərbaycan dilinin tətbiqi səviyyəsi monitorinq edilib, 2 500 səhv qeydə alınıb.
Media
25 Noyabr , 2022 11:11
Azərbaycan dilinin tətbiqi səviyyəsi 7 qəzetdə monitorinq edilib, 2 500 səhv tapılıb

Azərbaycan dilinin tətbiqi səviyyəsi 7 qəzet üzrə monitorinq edilib, 2 500 səhv qeydə alınıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin baş mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Mətanət Xudiyeva deyib.

O bildirib ki, monitorinq bir aylıq dövrü əhatə edib: "Monitorinq nəticəsində qeydə alınan 2 500 dil faktından 1 769-nun hesabata daxil edilib. 744 orfoqrafik, 170 leksik, 334 qrammatik, 521 üslub və ifadə səhvi müəyyənləşdirilib".

M.Xudiyeva səhvlərin daha çox müsahiblərin nitqlərinin redaktə olunmadan verilməsi, qeyri-müəyyən başlıqlar, abreviaturların, vəzifə və rütbə adlarının yazılışında orfoqrafik normanın pozulması, mürəkkəb adların yazılışında çoxvariantlılıq, durğu işarələrinin düzgün tətbiq edilməməsi və s. şəkildə müşahidə olunduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi