Yuxarı

YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib

YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib

Bakı. 14 dekabr. REPORT.AZ/ Parisdə YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, iclasda mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, eləcə də Mədəniyyət Nazirliyinin və YUNESKO yanında Daimi Nümayəndəliyinin digər əməkdaşları iştirak ediblər.

Sessiyada YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair həsabat nəzərdən keçirilib.

Hökumətlərarası Komitə hesabatın bütün kriteriyalara uyğun, eləcə də məlumat baxımdan dolğun və peşəkar hazırlandığını nəzərə alaraq sənədi təsdiqləyib.

Hesabatda ölkədə mədəniyyət və yaradıcılıq sahəsində son illərdə görülən işlər, qəbul olunan sənədlər və təşviqedici fəaliyyət barədə məlumat öz əksini tapıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi