UNESCO rəsmisi: “Azərbaycan tolerantlıq dəyərlərinə sadiq bir ölkə olduğunu dəfələrlə göstərib”

UNESCO rəsmisi: “Azərbaycan tolerantlıq dəyərlərinə sadiq bir ölkə olduğunu dəfələrlə göstərib” "Azərbaycan zəngin mədəni irsə malik bir ölkədir"
Mədəniyyət siyasəti
21 Noyabr , 2017 07:59
UNESCO rəsmisi: “Azərbaycan tolerantlıq dəyərlərinə sadiq bir ölkə olduğunu dəfələrlə göstərib”

Paris. 21 noyabr. REPORT.AZ/ "Azərbaycan tolerantlıq dəyərlərinə sadiq bir ölkə olduğunu dəfələrlə nümayiş etdirib".

Bunu “Report”un Fransa bürosuna müsahibəsində UNESCO-nun baş direktorunun xarici əlaqələr və ictimai informasiya üzrə müavini Erik Falt deyib.

“UNESCO ilə Azərbaycanın 25 illik əməkdaşlığı ərzində Bakı öz üzərinə götürdüyü öhdəlikləri hər bir zaman yerinə yetirib və xüsusilə də mədəniyyətlərarası dialoqun inkişafı sahəsində çox yüksək təşəbbüskarlıq və fəallıq nümayiş etdirib. Azərbaycan zəngin mədəni irsə malik bir ölkədir. Mən xüsusilə, Bakının arxitekturasını çox bəyənirəm. Bakıya ilk səfərim zamanı ən çox heyran olduğum, İçəri şəhərin arxitekturası oldu. Ümumiyyətlə Bakıda olduğum zaman səfərimin qısa müddətə başa çatmasına məyus oldum. Yenə Azərbaycana getməyi planlaşdırıram. Bu səfərim zamanı Azərbaycanda təkcə arxitektura deyil, nail olduğunuz digər maddi və mənəvi dəyərlərlə yaxından tanış olmağı fikirləşirəm”, - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi