Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub - FOTO

Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub - FOTO Bu gün Gürcüstanda qeyd olunan Teatr Günü Azərbaycandakı Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyinə həsr olunub.
Mədəniyyət siyasəti
14 Yanvar , 2020 20:39
Tbilisidə Azərbaycandakı Gürcü Dram Teatrının 40 illiyi qeyd olunub - FOTO

Bu gün Gürcüstanda qeyd olunan Teatr Günü Azərbaycandakı Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyinə həsr olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Teatrın yubileyi Tbilisidə xüsusi tədbirlə qeyd olunub. Mərasimdə teatrın təsisçisi Anzor Dolencaşvili gürcü mədəniyyətinin təbliğindəki xüsusi xidmətlərinə görə Sandro Axmeteli adına mükafata layiq görülüb.

Mədəniyyət ocağının rejissor və aktyorları da xüsusi adlar və təşəkkürnamələrlə təltif olunublar.

Gürcüstanın təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli teatr truppasının üzvlərini yubiley münasibətilə şəxsən təbrik edərək onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb.

Nazir bildirib ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır. O, teatrın 40 illik yubileyinin qeyd olunmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazirliyin məlumatında qeyd olunub ki, 1980-1981-ci illərdə Azərbaycanın Qax rayonunun Əlibəyli kəndinin Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Daha sonra A. Dolencaşvili İlya Çavçavadze adına Gürcü Peşəkar Teatrı təsis edib. Hazırda truppası 20 nəfərdən ibarət olan teatrın repertuarında 10 tamaşa var. 

Son xəbərlər

Orphus sistemi