Yuxarı

Seulda Azərbaycan xalçalarının sərgisi açılıb

Seulda Azərbaycan xalçalarının sərgisi açılıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Azərbaycanın Cənubi Koreyadakı səfirliyi Seulda Koreya Fondu Qalereyasında Azərbaycan xalçalarının sərgisini təşkil edib.

Bu barədə "Report" "Korea Herald"a istinadən məlumat verir.

"Bu gün tarixi əhəmiyyətli hadisəyə şahid oluruq. İnanıram ki, bu, Azərbaycan ilə Koreya arasında mədəni əlaqələrin inkişafında mühüm mərhələ olacaq", - Azərbaycan səfiri Rəmzi Teymurov sərginin açılışında bildirib.

O, Azərbaycan xalçalarının bu gün Ağ evdə və ABŞ Dövlət Departamentində mövcud olduğunu, eləcə də dünyanın bir çox muzeylərində, o cümlədən Parisdəki Luvr Muzeyində, Nyu-Yorkdakı Metropoliten Muzeyində, Boston İncəsənət Muzeyində, Sankt-Peterburqdakı Ermitaj Muzeyində saxlandığını vurğulayıb.

Dekabrın 19-dək davam edəcək "Xalçalar - Azərbaycanın inciləri" sərgisi Azərbaycan Demokratik Respublikasının (ADR) müstəqilliyinin elan olunmasının 100 illik yubileyinin qeyd edilməsi çərçivəsində keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi