Yuxarı

Səfir: "Mədəniyyət Festivalı Azərbaycan ilə ikitərəfli əlaqələri daha da gücləndirəcək"

Səfir: "Mədəniyyət Festivalı Azərbaycan ilə ikitərəfli əlaqələri daha da gücləndirəcək"
© Report

Bakı. 16 iyul. REPORT.AZ/ "Mədəniyyət Festivalı Azərbaycan ilə ikitərəfli əlaqələri daha da gücləndirəcək".

"Report" xəbər verir ki, bunu İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani deyib.

Onun sözlərinə görə, 3-cü İndoneziya Mədəniyyət Festivalı bu il sentyabrın 11-16-da Bakı şəhərinin iki məkanında - Heydər Əliyev Sarayı və Fəvvarələr Meydanında keçiriləcək. Festivalın mövzusu “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaq” olacaq.

Festival çərçivəsində İndoneziyanın müxtəlif adalarının mədəniyyət nümunələri təqdim olunacaq, eləcə də stendlər təşkil ediləcək. 

Tədbirdə İndoneziya və Azərbaycanın Mədəniyyət nazirliklərinin yüksək vəzifəli nümayəndələrinin iştirakı  gözlənilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi