Yuxarı

Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalı başlayıb

Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalı başlayıb
Tədbirin sonunda festivalın qalibləri mükafatlandırılacaq

Qəbələ. 26 avqust. REPORT.AZ/ Qəbələdə V Beynəlxalq Mürəbbə Festivalı başlayıb.

"Report"un məlumatına görə, festivalda 22 ölkənin komandası iştirak edir. 

Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov bildirib ki, həmin komandalar Türkiyə, Rusiya, Livan, Böyük Britaniya, Özbəkistan, Pakistan, Xorvatiya, Bosniya və Herseqovina, Slovakiya, Ukrayna, İran, Qazaxıstan, Serbiya və s. dövlətləri təmsil edir. 

Onun sözlərinə görə, festivala Azərbaycanın 35-ə yaxın bölgəsi və sənaye üsulu ilə mürəbbə istehsal edən müəssisələri də qoşulub. 

Ümumdünya Kulinariya Təşkilatının (WACS) prezidenti Tomas Gugler, Ümumdünya İslam Kulinariya Təşkilatının (WICS) prezidenti Gökhan Tufan və baş katibi Ali Trobolisi də festivala qatılmaq üçün Qəbələyə gəlib. 

Azərbaycan mədəniyyətinin və milli kulinariyasını təbliğ etmək məqsədilə Qəbələ mürəbbə festivalında şirniyyatçılar tərəfindən fərqli mürəbbə çeşidləri hazırlanıb rayona səfər edən yerli və xarici qonaqlar üçün nümayiş olunur.

Tədbirin sonunda festivalın qalibləri mükafatlandırılacaq.

Qeyd edək ki, festival Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının təşkilatçılığı ilə keçirilir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi