Yuxarı

“Qarabağ - əsirlər və girovlar. Közərən xaç” filminin təqdimat mərasimi keçirilib

“Qarabağ - əsirlər və girovlar. Közərən xaç” filminin təqdimat mərasimi keçirilib
Filmin məsləhətçisi Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovdur
© Report.az

Bakı. 31 mart. REPORT.AZ/ Azərbaycan Mətbuat Şurası tərəfindən “Qarabağ - əsirlər və girovlar. Közərən xaç” filminin təqdimat mərasimi keçirilib.

“Report” xəbər verir ki, Əflatun Amaşov təqdimatdan əvvəl 31 Mart - Azərbaycanlıların Soyqrımı Günü haqqında məlumat verib.

Sənədli filmdə üç əsirin taleyindən bəhs edilir. Ervin Franzən almandır. II Dünya müharibəsi zamanı sovet ordusuna əsir düşüb. Əsirlik həyatını Azərbaycanda keçirib. Müharibədən sonra Almaniyaya təhvil verilib.

Arsen Baqdasaryan ermənidir. Gizli şəkildə Azərbaycan ordusunun mövqelərinə keçib, minaları basdırarkən əsir götürülüb. Hazırda Azərbaycan həbsxanasında cəza çəkir.

Mayıl Məmmədov azərbaycanlıdır. Ermənilər tərəfindən əsir götürülüb və 9 ay əsirlik həyatı yaşayıb. Hazırda Ucar şəhərində yaşayır.

Filmin məsləhətçisi Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov, müəllifi isə əməkdar jurnalist Mübariz Əsgərovdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi