Qarabağ atları Kral At Şousunda iştirak üçün Böyük Britaniyaya aparılıb

Qarabağ atları Kral At Şousunda iştirak üçün Böyük Britaniyaya aparılıb Mayın 9-dan 13-dək Vindzorda Kral At Şousunun 75 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək
Mədəniyyət siyasəti
4 May , 2018 10:23
Qarabağ atları Kral At Şousunda iştirak üçün Böyük Britaniyaya aparılıb

Bakı. 4 may. REPORT.AZ/ Qarabağ atları gələn həftə keçiriləcək Vindzor Kral At Şousunun 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək məqsədi ilə Böyük Britaniyaya aparılıb.

Bu barədə "Report" "Windsor Observer"ə istinadən xəbər verir.

Bildirək ki, bu, Azərbaycan Atçılıq Federasiyasının belə tədbirlərdə ilk iştirakı deyil. 2016-cı ildə azərbaycanlı çaparlar Böyük Britaniya kraliçasının 90 illik yubileyinə həsr olunmuş tədbirlərdə də hazırladıqları şou ilə çıxış ediblər.

Azərbaycan atçıları bu dəfə Qarabağ atları ilə müxtəlif akrobatik tryuklar nümayiş etdirəcəklər. "Qarabağ atlarında olan 10 çapar çətin tryuklar yerinə yetirəcək. Onların çıxışı ənənəvi rəqslər ifa edəcək "Sərhədçi" rəqs ansamblının ifaları, eləcə də möhtəşəm od şousu ilə müşayiət olunacaq.

Azərbaycanın "Odlar Yurdu" şousunun məşqçisi Azər Həmzəyev deyib ki, bu şouda iştirak etmək Qarabağ atlarını və ənənəvi mədəniyyəti nümayiş etdirmək baxımından böyük imkandır.

Qeyd edək ki, mayın 9-dan 13-dək Vindzorda Kral At Şousunun 75 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi