Yuxarı

Prezident İlham Əliyev xalq artisti Rasim Balayevə zəng edib

Prezident İlham Əliyev xalq artisti Rasim Balayevə zəng edib

Bakı. 5 mart. REPORT.AZ/ Prezident İlham Əliyev xalq artisti Rasim Balayevə zəng edib.

Bu barədə “Report”a xalq artisti özü məlumat verib.

“Söhbətimiz mənim mədəniyyət və incəsənət xadimləri ilə ölkə başçısının görüşünə dəvət olunmamağımla əlaqəli idi. Dövlət başçısı dedi ki, bu bizim sizə qarşı münasibətimizdən irəli gəlmir, çünki bizim sizə hörmətimiz və müsbət münasibətimiz var, günah siyahını tutanlarda olub və sizi dəvət etməyiblər. Dövlət başçısı soruşdu ki, görüşə gəlsəydiniz, nə təklif edəcəkdiniz? Mən də cavab verdim ki, əsas kino sahəsi ilə bağlı təkliflər verəcəkdim və Mehriban Zəki də, təxminən, mənim istəklərimi dilə gətirdi. Artıq kino sahəsinin inkişafı ilə bağlı da 5 milyon manat ayırdınız”, - deyə R.Balayev qeyd edib.

O eyni zamanda Əbülfəs Qarayevin bugünkü mətbuat konfransında Prezidentlə görüşdə iştirak etməyən incəsənət xadimlərindən üzr istəməsindən xəbərdar olduğunu, nazirin üzrünü qəbul etdiyini söylədi: “Görünür, artıq ona da məsələ deyilib və o da üzr istəyib. Yəqin ki, məni yaddan çıxarıblar, özləri bilərlər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi