​Polad Bülbüloğlu “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb

​Polad Bülbüloğlu “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb Ramazan Abdulatipov Azərbaycan səfirini Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədilə Dağıstana dəvət edib
Mədəniyyət siyasəti
25 Fevral , 2015 19:29
​Polad Bülbüloğlu “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

"Report"un AzərTAc-a istinadən verdiyi məlumata görə, fevralın 25-də Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycanın Moskvadakı səfirliyinə gələrək çoxillik yaradıcılıq fəaliyyətinə və incəsənətin inkişafındakı xidmətlərinə görə səfir Polad Bülbüloğluya “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adının verilməsi haqqında sərəncamı ona təqdim edib.

Səfir Polad Bülbüloğlu və Dağıstanın başçısı Ramazan Abdulatipov Azərbaycan-Dağıstan münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə edib və əlaqələrin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Ramazan Abdulatipov Polad Bülbüloğlunu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədilə Dağıstana dəvət edib.

Son xəbərlər

Orphus sistemi