Yuxarı

​Polad Bülbüloğlu “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb

Ramazan Abdulatipov Azərbaycan səfirini Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədilə Dağıstana dəvət edib

Bakı. 25 fevral. REPORT.AZ/ Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

"Report"un AzərTAc-a istinadən verdiyi məlumata görə, fevralın 25-də Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycanın Moskvadakı səfirliyinə gələrək çoxillik yaradıcılıq fəaliyyətinə və incəsənətin inkişafındakı xidmətlərinə görə səfir Polad Bülbüloğluya “Dağıstan Respublikasının əməkdar incəsənət xadimi” fəxri adının verilməsi haqqında sərəncamı ona təqdim edib.

Səfir Polad Bülbüloğlu və Dağıstanın başçısı Ramazan Abdulatipov Azərbaycan-Dağıstan münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə edib və əlaqələrin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Ramazan Abdulatipov Polad Bülbüloğlunu Dərbənd şəhərində birgə mədəniyyət tədbirlərinin keçirilməsi məqsədilə Dağıstana dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi