Yuxarı

Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb

Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb
Xalq artisti Oqtay Mirqasımov

Bakı. 8 iyun. REPORT.AZ/ Tanınmış kinorejissor, ssenarist, xalq artisti Oqtay Mirqasımov “Milli Kino” mükafatına layiq görülüb.

Bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev bildirib.

Onun sözlərinə görə, ittifaqın İdarə heyətinin qərarı ilə xalq artisti, professor O.Mirqasımov Azərbaycan kinosunun inkişafına verdiyi töhfələrə görə 2018-ci ilin “Milli Kino” mükafatına layiq görülüb. Mükafatın məbləği 2000 manatdır. 

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ən böyük mükafatı olan “Milli Kino” mükafatı yaxın günlərdə xalq artistinə təqdim ediləcək.

Qeyd edək ki, iyunun 12-də kinorejissor, xalq artisti Oqtay Mirqasımovun 75 yaşı tamam olur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi