Yuxarı

Nazir: "Sponsorlar vasitəsi ilə Zeynalabdin Tağıyevin ev muzeyində bərpa işləri görüləcək"

Nazir: "Sponsorlar vasitəsi ilə Zeynalabdin Tağıyevin ev muzeyində bərpa işləri görüləcək"
Hazırda bu cür evlər ayrıca siyahıya götürülür
© Report/ Orkhan Azim — Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

Sumqayıt. 30 yanvar. REPORT.AZ/ "Dövlətin imkanları olmasa da, biz müxtəlif sponsorların vasitəsi ilə Hacı Zeynalabdin Tağıyevin ev muzeyində müəyyən bərpa işlərini görmək arzusundayıq".

"Report"un Sumqayıt bürosu xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

O qeyd edib ki, 2018-ci il ərzində bərpa işlərinin başlanılacağı gözlənilir: "Bu məsələ bizim tərəfimizdən qaldırılıb. Hazırda bu cür evlər ayrıca siyahıya götürülür. Əsas odur ki, biz onları siyahıya alaq və dövlət reyesterinə daxil olmasını təmin edək".

Nazir əlavə edib ki, Mirzə Ələkbər Sabirin ev muzeyi hazırda sponsorların vasitəsi ilə yenidən bərpa olunur: "Sabirin ev muzeyi müasir olacaq. Bu sahədə artıq ictimaiyyətin də iştirakını canlandırmaq lazımdır. Azərbaycanda hər bir vətəndaş bilməlidir ki, bizim mədəni irsimiz bizim sərvətimizdir. Biz ona öz münasibətimizdən nümayiş etdirməliyik ki, bu mənimdir. Mən onu qorumalıyam, sındırmamalıyam, əzizləməliyəm. Biz bu işlərin dövlətin dəstəyi ilə yanaşı paralel olaraq imkanlı şəxslərin, sponsorların hesabına görülməsinin arzusundayıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi