Yuxarı

Nazir: "Muğam festivalına 15 ölkədən qonaq qatılacaq"

Nazir: "Muğam festivalına 15 ölkədən qonaq qatılacaq"
Əbülfəs Qarayev: Qonaqlar arasında alimlər, tədqiqatçıar və ifaçılar var
© Report/ Orkhan Azim — Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

Bakı. 7 mart. REPORT.AZ/ "Bu il muğam festivalında iştirak etmək üçün Azərbaycana 15 ölkədən qonaq gələcək".

"Report" xəbər verir ki, bunu "Muğam aləmi" 5-ci Beynəlxalq Festivalı çərçivəsində "Azərbaycan muğam elmi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən elmi simpoziumda mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, indi 80 iştirakçının festivala qatılacağı təsdiqlənib: "Bakıya 100-ə qədər iştirakçının gələcəyi gözlənilir. Bunlar arasında alimlər, tədqiqatçıar və ifaçılar var".

O əlavə edib ki, festival müddətində yalnız Bakıda deyil, Gəncədə yeni tikilən Gəncə Filarmoniyasında da ilk dəfə silsilə tədbirlər keçiriləcək: "Sabahdan etibarən orada çox maraqlı proqram təqdim olunacaq. Azərbaycanın bütün mühüm mədəniyyət ocaqlarında muğam öz rəngarəngliyi ilə təqdim olunacaq. Festival ölkənin bütün regionlarında öz əks-sədasını tapacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi