Mədəniyyət naziri "Eurovision-2019"da Azərbaycanın xəritəsinin düzgün göstərilməməsinə münasibət bildirib

Mədəniyyət naziri "Eurovision-2019"da Azərbaycanın xəritəsinin düzgün göstərilməməsinə münasibət bildirib Mədəniyyət naziri Əbülfəs Qarayev Eurovision-2019 mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsinə münasibət bildirib.
Mədəniyyət siyasəti
20 May , 2019 13:25
Mədəniyyət naziri Eurovision-2019da Azərbaycanın xəritəsinin düzgün göstərilməməsinə münasibət bildirib
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report/Elchin Murad

Mədəniyyət naziri Əbülfəs Qarayev "Eurovision-2019" mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilməməsinə münasibət bildirib.

“Report”un məlumatına görə, nazir jurnalistlərə açıqlamasında bildirib ki, bununla bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti ilə birlikdə araşdırılma aparılacaq: ““Eurovision” müsabiqəsinin bünövrəsində televiziyalar durur. Biz bu məsələni İctimai televiziyanın rəhbərliyi ilə aydınlaşdıracağıq. Bundan sonra təşkilatçılara müvafiq tapşırıqlar verilməlidir. Bu, yolverilməzdir və biz hər zaman bu kimi məsələlərə nəzarət edirik. Azərbaycan xəritəsi bütövlükdə verilməlidir. Hətta bəzən “google maps”da bu kimi hallara yol verilib və biz onun qarşısını almışıq”.

Son xəbərlər

Orphus sistemi