Yuxarı

Nazir: "Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması üçün müsabiqə elan ediləcək"

C.Məmmədquluzadə və H.Z.Tağıyevə heykəl qoyulması müzakirə edilir
© Report / Elchin Murad — Mədəniyyət naziri Əbülfəs Qarayev

Bakı. 5 mart. REPORT.AZ/ "Hazırda Cəlil Məmmədquluzadə və Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması məsələsi müzakirə edilir".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, abidələri hazırlayacaq heykəltaraşlar müsabiqə yolu ilə seçiləcək: "Görüşdə 4 nəfərin heykəlinin ucaldılması məsələsi qaldırılmışdı. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarlar, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək. Bundan sonra ictimaiyyətə açıqlama verə biləcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi