Yuxarı

Nazir: "Builki Musiqi Festivalında 10 ölkədən musiqi xadimləri iştirak edəcək"

Nazir: "Builki Musiqi Festivalında 10 ölkədən musiqi xadimləri iştirak edəcək"

"Biz çalışırıq ki, Milli Musiqi Gününu nəinki bir günə sığışdıraq, onu daha da geniş şəkildə keçirək".

''Report'' xəbər verir ki, bunu Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu gün Üzeyir Hacıbəylinin adını daşıyan Musiqi Festivalı başlayır: "Festivalda 10 ölkədən musiqi xadimləri iştirak edəcək. Sevinirəm ki, festivalın xəbərləri dünyanın aparıcı televiziya kanallarına qədər gedib çıxıb. Bu festivalla maraqlanan tamaşaçıların sayı ilbəil artır. Musiqi məktəblərindən tutmuş böyük konsert salonlarına qədər hər yerdə silsilə tədbirlər keçiriləcək. Azərbaycan xalqı özünü musiqisiz təsəvvür edə bilməz. Arzu edirəm ki, hər bir azərbaycanlı olduğu məkanda Azərbaycan musiqisi səsləndirsin''.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi