"Azərbaycandakı bir neçə məkanın UNESCO-nun Dünya İrs siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur".
"Report" xəbər verir ki, bunu Mədəniyyət naziri
Nazir bildirib ki, hazırda ciddi şəkildə Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: "Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun".
Ə.Qarayev qeyd edib ki, Hirkan milli parkının meşələri üçün İranın da UNESCO-ya təqdimat verməsi nəzərdə tutulur: "Həmin meşənin Azərbaycana düşən hissəsinin vahid məkan kimi təqdim etmək istəyirik. Bu gələcəyin məsələsidir. Naxçıvanın türbələrini də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər potensialı var. Bir neçə nominasiyamız namizəd kimi təqdim olunub. UNESCO-nun müsbət cavabı gələndən sonra onların adlarını açıqlayacağıq".