Yuxarı

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına akademik statusu veriləcək
Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb

Bakı. 17 avqust. REPORT.AZ/ Nazirlər Kabinetinin qərarına əsasən gələn ilin əvvəlində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusu veriləcək.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb. 

Mədəniyyət və Turizm Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Qərar 2018-ci ilin 1  yanvarında qüvvəyə minəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi