Yuxarı

Minskdə Azərbaycan Mədəniyyəti Festivalı keçiriləcək

Minskdə Azərbaycan Mədəniyyəti Festivalı keçiriləcək

Bakı. 17 sentyabr. REPORT.AZ/ Sentyabrın 22-də Belarus paytaxtı Minsk şəhərindəki administrasiya binasının yaxınlığında "Bakı bulvarı" Azərbaycan Mədəniyyət Festivalı keçiriləcək.

Bu barədə "Report" Belarus KİV-inə istinadən xəbər verir.

Festival Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə Minsk şəhər İcraiyyə Komitəsi, Belarusdakı "Azərbaycanlı İcmalar Konqresi" Beynəlxalq İctimai Birlik tərəfindən təşkil olunacaq. Festivalın ilk 100 nəfər qonağı pulsuz olmaqla plovun dadına baxacaq, milli ənənəvi şirniyyatların hazırlanması sirlərini öyrənəcək.

Festival Azərbaycanın ənənələri və görməli yerləri ilə tanışlıq, zərb alətləri ansamblının çıxışı, Bakı bazarı, xalça sərgisi və nərd oyunu ilə başlayacaq.

Bununla yanaşı, "Bakı bulvarı" çərçivəsində mükafatların oynanılacağı müsabiqələr və viktorinalar keçiriləcək. Əsas mükafat Bakıya ikinəfərlik bilet olacaq.

Bayram tədbirləri atəşfəşanlıqla başa çatacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi