Yuxarı
    Bağlamaq

    “İçərişəhər” Muzey Mərkəzi yaradılıb

    Bakı. 25 dekabr. REPORT.AZ/ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzi yaradılıb.

    "Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

    Qərara əsasən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə “İçərişəhər” Dövlət TarixMemarlıq Qoruğu İdarəsinin strukturuna daxil olan “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyinin, “İçərişəhər” tarix muzeyinin və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun əsasında “İçərişəhər” Muzey Mərkəzi yaradılıb. 

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə “İçərişəhər” Muzey Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etmək tapşırılıb. 

    Qeyd edək ki, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi də artırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi