Yuxarı

Mənsum İbrahimova və Arif Qazıyevə Prezidentin fərdi təqaüdü verilib

Mənsum İbrahimova və Arif Qazıyevə Prezidentin fərdi təqaüdü verilib
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb

Bakı. 1 may. REPORT.AZ/ Prezident İlham Əliyev "Mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında" sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənədlə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə İbrahimov Mənsum İsrafil oğluna və Qazıyev Arif Lətif oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi