Yuxarı

Mədəniyyət və turizm naziri Sumqayıtda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Sumqayıtda vətəndaşları qəbul edəcək
Qəbulda Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər

Bakı. 12 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sumqayıt şəhərində vətəndaşları qəbul edəcək.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, görüş fevralın 19-da Sumqayıt şəhərinin Tarixi Muzeyində (Heydər Əliyev prospekti, 4 mkr.) baş tutacaq.

Qəbulda Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services elektron xidmətlər portalı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli - Regionlarla iş sektorunun müdiri) qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi