Mədəniyyət naziri: "Arif Məlikovun əsərləri dünyanın bütün ölkələrində yayılıb"

Mədəniyyət naziri: "Arif Məlikovun əsərləri dünyanın bütün ölkələrində yayılıb" Arif Məlikov musiqi məktəbinin layiqli davamçısıdır və onun xalqımız üçün istedadlı insanların yetişdirilməsində mühüm rolu olub.
Mədəniyyət siyasəti
9 May , 2019 14:42
Mədəniyyət naziri: Arif Məlikovun əsərləri dünyanın bütün ölkələrində yayılıb

"Arif Məlikov musiqi məktəbinin layiqli davamçısıdır və onun xalqımız üçün istedadlı insanların yetişdirilməsində mühüm rolu olub".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

"Onun əsərləri dünyanın bütün ölkələrində yayılıb. Onun yazdığı musiqilər ifa olunanda zallarda Azərbaycana münasibət hörmət və sevgi dəfələrlə artıb. O, vətənpərvər insan idi. Azərbaycanın ən çətin dövründə sıxılmadan ən yüksək səviyyədə Azərbaycan xalqının müstəqilliyini müdafiə edib. Onun haqq dünyasına qovuşması bizim aramızdan böyük bir şəxsiyyətin getməsi deməkdir. Amma o daim bizim yadımızda qalacaq. Heç vaxt əsərləri yaddan çıxmayacaq. Çünki onun əsərləri Azərbaycanın ən zəngin mədəni irslərindəndir.

Allah rəhmət eləsin!"

Son xəbərlər

Orphus sistemi