Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Aİ-də daimi nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Lüksemburqun Azərbaycan Mədəniyyət Birliyinin prezidenti Lea Linster ilə birgə "Mənim Azərbaycanım" adlı fotosərgisini açıb.
"Report" xəbər verir ki, Lüksemburqdakı "Qarabağ" mərkəzində keçirilən sərgi iyunun 10-na qədər davam edəcək. Sərgirə azərbaycanlı fotoqraf Orxan Aslanovun Azərbaycanın müxtəlif güşələrində çəkilən və respublikanın gözəlliklərini əks etdirən işləri nümayiş olunur.
Sərginin açılış mərasimində Lüksemburqda akkreditasiyadan keçən diplomatik korpusların rəhbərləri və nümayəndələri, o cümlədən Rusiya səfiri Viktor Sorokin, Türkiyə və ABŞ diplomatları iştirak edib.