Paris. 7 dekabr. REPORT.AZ/ Fransanın Konyak şəhərinin meri Mişel Qurinşa Azərbaycan mətbəxinin nümunəsi olan dolmanın hazırlanma qaydasının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilməsini alqışlayıb.
Fransalı mer “Report”un Fransa bürosuna bildirib ki, o, dolmanı ilk dəfə olaraq Azərbaycana səfəri zamanı Şəki şəhərində dadıb və çox xoşuna gəlib.
"Azərbaycanda olduğum müddətdə bir neçə dəfə, daha sonra Parisdə Azərbaycan Səfirliyinin Mədəniyyət Mərkəzində təşkil edilmiş ziyafətlərdə böyük məmuniyyətlə dolma yemişəm və hər dəfə bu nemətin hazırlanma qaydası haqqında düşünmüşəm", - deyə o əlavə edib.
Mişel Qurinşa qeyd edib ki, dolmanın hazırlanma qaydasının UNESCO kimi mötəbər bir təşkilat tərəfindən yüksək qiymətləndirildiyinin şahidi olub və buna çox sevinir.
Vüsalə İsmətqızı