Yuxarı

"Imagine" festivalı ilk dəfə Gəncədə keçiriləcək

​"Imagine" festivalı ilk dəfə Gəncədə keçiriləcək

"Bu il "Imagine" festivalı ilk dəfə Gəncə şəhərində təşkil olunacaq. Bu festival bizi bir araya gətirən məsələləri müzakirə etməyə və anlamağa imkanı verir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycanda 3-cü "Imagine" festivalının açılışına həsr olunmuş mətbuat konfransında deyib.

"Bu il festivalı xüsusi şəkildə keçirəcəyik. Festival ilk dəfə Gəncə şəhərində keçiriləcək. Müxtəlif tədbirlər - konsertlər, sərgilər, kino nümayişləri təşkil olunacaq", - o bildirib.

Qeyd edək ki, sayca üçüncü "Imagine" Avropa tolerantlıq və mədəni müxtəliflik festivalı mayın 1-dən mayın 15-dək keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi