"Imagine" festivalı ilk dəfə Gəncədə keçiriləcək

"Imagine" festivalı ilk dəfə Gəncədə keçiriləcək Bu il Imagine festivalı ilk dəfə Gəncə şəhərində təşkil olunacaq. Bu festival bizi bir araya gətirən məsələləri müzakirə etməyə və anlamağa imkanı verir.
Mədəniyyət siyasəti
15 Aprel , 2019 18:07
Imagine festivalı ilk dəfə Gəncədə keçiriləcək

"Bu il "Imagine" festivalı ilk dəfə Gəncə şəhərində təşkil olunacaq. Bu festival bizi bir araya gətirən məsələləri müzakirə etməyə və anlamağa imkanı verir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Azərbaycanda 3-cü "Imagine" festivalının açılışına həsr olunmuş mətbuat konfransında deyib.

"Bu il festivalı xüsusi şəkildə keçirəcəyik. Festival ilk dəfə Gəncə şəhərində keçiriləcək. Müxtəlif tədbirlər - konsertlər, sərgilər, kino nümayişləri təşkil olunacaq", - o bildirib.

Qeyd edək ki, sayca üçüncü "Imagine" Avropa tolerantlıq və mədəni müxtəliflik festivalı mayın 1-dən mayın 15-dək keçiriləcək.

Son xəbərlər

Orphus sistemi