Bakı. 12 yanvar. REPORT.AZ/ “Prezident
Bunu “Report”a açıqlamasında
Onun sözlərinə görə, sərəncamlar həmçinin Nəsimi irsini müstəqillik vaxtında yenidən Azərbaycan xalqına tanıtmağa və dünya ədəbiyyatında tutduğu mövqeyi göstərməyə geniş meydan açır: “Hesab edirəm ki, Nəsiminin sənət ideallarını, həyat çağırışlarını, onun qəhrəmanlıq nümunəsi olan həyatını, məğrurluğunu, şəxsiyyətini yeni nəsillərə müstəqillik gözü ilə nümunə kimi təqdim etmək bizim vəzifələrimiz sırasında dayanan işlərdən olacaq”.
İ.Həbibbəyli bildirib ki, şairin irsinin ölkədə sistemli tədqiqi və təbliği 1973-cü ildə ümummilli lider
İnstitut direktoru vurğulayıb ki, artıq Akademiyada Nəsimi ilə əlaqəli bir sıra tədbirlərin, beynəlxalq konfransların keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb: “Əlyazmalar İnstitutunun əməkdaşları arxivlərdən Nəsimiyə aid edilən, ya da onun imzası ilə yazılan bir çox yeni bədii əsərlər, qəzəllər tapıb. Bu əsərlərin dəqiqləşməsinə ehtiyac var və həmin əlyazmaların çap olunması elm ictimaiyyəti üçün əvəzsiz olacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 11-də 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Həmçinin Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində təşkil edilməsi məqsədilə “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” ölkə başçısının müvafiq sərəncamı ilə Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb.