Əbülfəs Qarayev: "Gələn il İrəvan Teatrında təmir işlərinə başlanılacaq"

Əbülfəs Qarayev: "Gələn il İrəvan Teatrında təmir işlərinə başlanılacaq" Bakı. 24 dekabr. REPORT.AZ/ Gələn il İrəvan teatrının yeni binasının təmirinə başlanılacaq.
Mədəniyyət siyasəti
24 Dekabr , 2018 16:05
Əbülfəs Qarayev: Gələn il İrəvan Teatrında təmir işlərinə başlanılacaq
Mədəniyyət naziri Əbülfəs Qarayev / Report / Elchin Murad
0 : 00
0 : 00

Bakı. 24 dekabr. REPORT.AZ/ "Gələn il İrəvan teatrının yeni binasının təmirinə başlanılacaq".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev Şuşa Musiqili Dram Teatrının müvəqqəti yerləşdiyi yeni binasının əsaslı bərpa və təmir-tikinti işlərindən sonra açılış mərasimi zamanı deyib.  

Nazir bildirib ki, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"ına əsasən, bütün teatrlarda təmir işləri aparılacaq: "Biz gələn ildən, nəhayət ki, İravən Dövlət Dram Teatrının yeni binasının bərpasına başlayacağıq. Artıq layihələndirmə işləri görülüb. İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi Prezidentin tapşırığına əsasən, lazımi sənədləri hazırlayıb. Binada görüləcək işlər yəqin ki, gələn ilin sonunadək yekunlaşacaq. Bu mümkün olmasa, növbəti mövsümdə təmir-yenidənqurma işlərini başa çatdıracağıq. Azərbaycanda bütün teatr məkanları müasirləşdirilir, dəyişdirilir, yeni avadanlıqla təhciz edilir".

Qeyd edək ki, Şuşa Musiqili Dram Teatrı "Savalan" Teatrının binasında yerləşir. 

Son xəbərlər

Orphus sistemi