Yuxarı

İndoneziyada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

İndoneziyada Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq
Bununla əlaqədar İndoneziya səfiri ilə Azərbaycan xarici işlər nazirinin müavini arasında görüş keçirilib

Bakı. 9 avqust. REPORT.AZ/ İndoneziyada Azərbaycan Mədəniyyət Mərkəzinin açılması planlaşdırılır.

Bu barədə "Report"a İndoneziyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Məlumata görə, bununla əlaqədar İndoneziya səfiri Husnan Bey Fanani ilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov arasında məhz bu məsələnin müzakirə edildiyi görüş keçirilib.

Səfirlikdən bildirilib ki, Cakartada bir çox ölkələrin mədəniyyət mərkəzləri var və onlar Azərbaycan Mədəniyyət Mərkəzinini də açılmasına yardım etməkdən məmnunluq duyarlar.

Qeyd edək ki, Bakıda Azərbaycan Dillər Universiteti nəzdində İndoneziya Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi