Yuxarı

Əbülfəs Qarayev: "Gürcüstanla mədəniyyət və turizm sahəsində əməkdaşlıq çox vacibdir"

Əbülfəs Qarayev: "Gürcüstanla mədəniyyət və turizm sahəsində əməkdaşlıq çox vacibdir"
Azərbaycanda son vaxtlar mədəniyyət, eləcə də turizm sahəsində Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edilir

Tbilisi. 8 dekabr. REPORT.AZ/ “Mədəniyyətin şaxələndirilməsi, turizmin inkişafı sahəsində görülən işlər, bu sahədə həyata keçirilən layihələrlə tanış olmaq, təcrübə mübadiləsi aparmaq bizim üçün çox vacibdir. Tbilisiyə səfərim çərçivəsində bu və digər məsələlər diqqət mərkəzində olacaq. Mədəniyyət və turizm sahəsində əməkdaşlıq hər iki ölkə üçün çox vacibdir".

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq yolları” adlı beynəlxalq forumda iştirakı zamanı bildirib.

Nazir deyib ki, Azərbaycanın belə bir tədbirdə iştirakı çox vacibdir: "Biz bu tribunadan Azərbaycanın iqtisadi, mədəni inkişafı, turizm imkanları, eləcə də yaradıcı sənayenin inkişafı sahəsində gördüyümüz işlər barədə dünya ictimaiyyətinə geniş məlumat verdik”.

Onun sözlərinə görə, beynəlxalq forumda müzakirə olunan məsələlər inkişaf etməkdə olan bütün ölkələr üçün vacibdir: “Biz panel iclaslarda Azərbaycan turizminin mədəniyyətə və mədəniyyətin turizmə təsiri mövzusunda fikir mübadiləsi apardıq. Azərbaycanda son vaxtlar mədəniyyət, eləcə də turizm sahəsində Avropa İttifaqı ilə səmərəli əməkdaşlıq edilir. Biz sıra tvinninq layihələri reallaşdırmışıq. Bu işlər bu gün də davam edir. Biz Azərbaycanda gedən proseslər haqqında məlumatı çatdırdıq, bununla da ölkəmizin geniş imkanlara malik olduğunu qeyd etdik”.

Nazir Gürcüstana səfəri çərçivəsində Tbilisidə Nəriman Nərimanov muzeyinin bərpası istiqamətində görülən işlər, Heydər Əliyev adına Azərbaycan Dövlət Teatrının vəziyyəti ilə maraqlanacaq, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Muzeyində bəzi görüşlər keçirəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi