Gənc Tamaşaçılar Teatrında marketinq üzrə treninqlər başlayıb

Gənc Tamaşaçılar Teatrında marketinq üzrə treninqlər başlayıb Kursları uğurla başa vuran mütəxəssislərə xüsusi sertifikatlar veriləcək və yüksək maaşla təmin olunacaq
Mədəniyyət siyasəti
15 Oktyabr , 2015 14:41
Gənc Tamaşaçılar Teatrında marketinq üzrə treninqlər başlayıb

Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında marketinq üzrə teatr menecerlərinin ilk treninqi başlayıb. 

"Report" xəbər verir ki, treninq iştirakçılarına teatrın direktoru, əməkdar artist, Mübariz Həmidov keçirilən treninqin məramı, məqsədi və teatrın struktur quruluşu, onun tarixi və fəaliyyət növləri haqqında məlumat verib.

Daha sonra teatr rəhbəri treninqlərdə marketinq fənnini tədris edəcək Beynəlxalq Treninq Mərkəzinin sədri, beynəlxalq layihələr üzrə koordinator Şaiq Səfərovu iştirakçılara təqdim edib.

1 həftə davam edəcək kurs teatr tarixi və teatrın struktur quruluşu sahəsi üzrə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov, baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov, ədəbi-dram hissə müdiri Rafiq Rəhimli, marketinq üzrə isə Ş.Səfərovla yanaşı, İqtisad Universitetinin marketinq kafedrasının pedaqoqları tədris edəcək.

Qeyd edək ki, kursları uğurla başa vuran mütəxəssislər Beynəlxalq Treninq Mərkəzinin, Dövlət Gənc Tamaşaçılar Teatrının və ASSİTEJ – Azərbaycan Milli Mərkəzinin xüsusi sertifikatları veriləcək və yüksək maaşla təmin olunacaq. 

Son xəbərlər

Orphus sistemi