“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb Bakı. 25 dekabr. REPORT.AZ/ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə idarənin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb.
Mədəniyyət siyasəti
25 Dekabr , 2018 04:55
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədi ilə idarənin strukturunda “Ənənəvi İncəsənət Mərkəzi” yaradılıb.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə Ənənəvi İncəsənət Mərkəzinin saxlanılması xərclərini Azərbaycan Respublikasının dövlət büdcəsindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə ayrılan vəsait çərçivəsində təmin etmək tapşırılıb.

Qeyd edək ki, baş nazirin imzaladığı digər qərarla “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunda “İçərişəhər” Muzey Mərkəzi  yaradılıb.

Son xəbərlər

Orphus sistemi