Yuxarı

Efiopiyada keçirilən Avropa Film Festivalında "Əli və Nino" filmi nümayiş etdirilib

Efiopiyada keçirilən Avropa Film Festivalında "Əli və Nino" filmi nümayiş etdirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu "Əli və Nino" bədii filmi Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən "Avropa Film Festivalı" çərçivəsində təqdim olunub.

Bu barədə "Report"a Azərbaycanın Efiopiyadakı səfirliyindən məlumat verilib.

Tədbir Avropa İttifaqının Efiopiyadakı nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. Ekran əsəri Əddis-Əbəbə şəhərində yerləşən "VAMDAS" kinoteatrında nümayiş etdirilib. 

Tədbiri giriş sözü ilə açan səfir Elman Abdullayev filmi izləmək üçün gəlmiş efiopialı və digər xarici qonaqları salamalayaraq, ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri ilə yanaşı, ilk respublikamızın qurulması proseslərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu filmin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb. 

İzləyicilərin geniş marağına səbəb olan filmin nümayişində Əddis-Əbəbədə akkreditə olunan diplomatik korpusun, beynəlxalq təşkilatların və Efiopiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi