Yuxarı

Əbülfəs Qarayev Xızıda vətəndaşlarla görüşəcək

Əbülfəs Qarayev Xızıya vətəndaşlarla görüşə gedəcək
© Report — Mədəniyyət naziri Əbülfəs Qarayev

Bakı. 22 yanvar. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev Xızı şəhərində vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilənməlumata görə, qəbul yanvarın 25-də, saat 11:00-da Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi, 37 ) baş tutacaq.

Nazir Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından olan vətəndaşları qəbul edəcək.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi