Bakı. 3 noyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 6-da Xırdalan şəhərində vətəndaşları qəbul edəcək.
"Report" xəbər verir ki, Xırdalan şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda nazir Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonlarından olan vətəndaşlarla görüşəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.