Yuxarı

Əbülfəs Qarayev vətəndaşların şikayətlərini nəzarətə götürüb

Əbülfəs Qarayev vətəndaşların şikayətlərini nəzarətə götürdü
© Report — Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

Bakı. 25 yanvar. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev yanvarın 25-də Xızı şəhərində vətəndaşları qəbul edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə tər çiçək dəstələri düzülüb.

Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, tapşırıq və tövsiyələrini verib.

Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Sumqayıt şəhərindən, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayonlarından vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Sumqayıtdan qəbula gəlmiş sakinlər 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə bağlı şəhərdə “Nəsimi poeziyası” respublika festivalının keçirilməsi, rəssamların və tətbiqi sənət ustalarının əl işlərinin xarici ölkələrdə sərgi və satışının təşkil olunması, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundova həsr olunmuş “Mən səninləyəm, ana Vətən” sənədli-bədii filminin Bakıda təqdimatının keçirilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.

Abşeron rayonundan qəbula yazılan vətəndaşlar uşaq musiqi və incəsənət məktəblərində axşam şöbələrinin yaradılmasını xahiş ediblər.

Xızı sakinləri rayondakı Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinin müasir tələblərə cavab verən yeni binaya köçürülməsi, Cəfər Cabbarlı adına Mədəniyyət Mərkəzinə və Cəfər Cabbarlının ev-muzeyinə direktor vəzifəsinə təyinat, işlə təmin olunma barədə müraciət ediblər.

Zəngilan rayonundan olan vətəndaşların müraciəti mədəniyyət müəssisələrində attestasiyanın keçirilməsi və müvəffəqiyyət əldə etmiş kadrların işinin qiymətləndirilməsi barədə olub.

Qubadlı rayonundan qəbula yazılmış vətəndaşlar məcburi köçkün ailələri üçün yeni tikilən yaşayış massivlərində musiqi məktəbləri, klublar və mədəniyyət evlərinin yerləşdirilməsi və digər məsələlərlə bağlı xahişlərini bildiriblər.

Niyazi adına Şuşa şəhər incəsənət məktəbinin “Təbəssüm” rəqs qrupunun xarici ölkələrdə keçirilən beynəlxalq festivallarda iştirakına köməklik göstərilməsi də xahiş edilib.

Bundan əlavə, qəbulda Cabir Novruz Mədəniyyət Fondu tərəfindən Cəfər Cabbarlının 120 illik yubileyinin keçirilməsi ilə bağlı layihə barədə nazirə müraciət olunub.

Qəbulda müraciətlərin bir qismi həllini tapıb, digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi