Əbülfəs Qarayev Şəmkirdə vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Şəmkirdə vətəndaşları qəbul edəcək Qəbulda Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər
Mədəniyyət siyasəti
12 İyul , 2017 16:15
Əbülfəs Qarayev Şəmkirdə vətəndaşları qəbul edəcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report

Bakı. 12 iyul. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəmkirdə vətəndaşları qəbul edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbul iyulun 18-də saat 11ºº-da Şəmkir şəhəri Heydər Əliyev Mərkəzində ( Heydər Əliyev prospekti, 5 ) başlayacaq.

Qəbulda Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Qazax və Tovuz rayonlarının sakinləri iştirak edə bilərlər. 

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbulda iştirak etmək istəyən vətəndaşların həmçinin adıçəkilən rayonların mədəniyyət şöbələrinə müraciət edə bilərlər. 

Son xəbərlər

Orphus sistemi