Yuxarı

Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb

Əbülfəs Qarayev sahibkarları tarixi abidələrə toxunmamağa çağırıb

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev tarixi abidələrin qorunması ilə bağlı sahibkarlara və ictimaiyyət nümayəndələrinə müraciət edib.

"Report"un xəbərinə görə, Ə.Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib ki, tarixi abidələr qorunmalıdır, qədimliyi saxlanılmalıdır.

"Tarixi abidələr müqavilə əsasında istifadəyə verilərkən hər hansı dəyişiklik edilirsə, məsələn, pəncərə açılırsa, bu, mütləq dövlət qurumları ilə razılaşdırılmalıdır. Qədimliyi qorumaq lazımdır", - nazir əlavə edib. 

Ə.Qarayev bu istiqamətdə media nümayəndələrini də fəal olmağa çağırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi